Fontu böyüt:
19 iyun 2009-cu il tarixində saat 12:00-da Azərbaycan Media Mərkəzində Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiyasiyasının təşkili ilə "İctimai səhiyyə mütəxəssisləri və həkimlər üçün kommunikasiya bacarığlarının tədrisi" layihəsinin nəticələrinə dair hesabat konfransı keçiriləcək.
Layihə çərçivəsində vərəm, HİV AİDS və qan xəstəliklərinin müalicəsi ilə məşğul olan dövlət və qeyri-hökümət təşkilatlarında çalışan mütəxəssislər üçün kommunikasiya bacarığları üzrə silsilə treninqlər keçirimişdir.
Layihə nəticəsində treninq iştirakçıları ictimai marketinq, media əlaqələri,kommunikasiya materiallarının hazırlanması və s. bacarığlarına yiyələnmişdilər.
Bu layihə Azərbaycanda səhiyyədə kommunikasiya texnologiyalarının tədrisi istiqamətində ilk addımlardan biri sayıla bilər.
Məlumat üçün bildirək ki, layihə ACİ Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.