İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Xanımlar Facebookdan nə məqsədlə istifadə edir?

21.09.2010 [13:33]

Fontu böyüt:      

“Kim ki, deyir Facebookdan sosial şəbəkə kimi istifadə edirəm yalandır. Bura girən qızların 90%-i oğlanlarla tanış olmaq istəyir. Qızlar Facebookda özlərinin cənnətdəki kimi təsəvvür edirlər. Çünki bu virtual dünyadır. Virtuallıqda isə ən çirkin qız Bred Pitlə danışa bilər. Facebookda çat deyilən bir yer var, kim deyə bilər ki, özünü ağıllı göstərən qızlar orda nə danışır camaatla”.

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebooka maraq günü-gündən artır. Facebookda hər cür insana rast gəlmək olar.

 

Azərbaycanda da Facebook istifadəçiləri kifayət qədərdir.  Sosial şəbəkədən hərə bir cürə istifadə edir, kimi burda sevgili axtarır, kimi məlumatlarını paylaşır, kimi özünü reklam edir. Bəs görəsən xanımlar sosial şəbəkədən nə məqsədlə istifadə edirlər? Bu suala cavab tapmaq məqsədilə üz tutduq Facebookda aktiv olan bir neçə xanıma.

 

Pəri Ağayeva (Tanınmış televiziya-jurnalisti) :

 

“Mən jurnalist olduğum üçün əlaqələrimin geniş olmasına önəm verirəm. Unutmayaq ki, hər insan özü bir xəbərdir. Nə qədər əhatə dairən geniş olsa informasiya və sənin arandakı məsafe o qədər yaxın olar. Əhatə dairəndəkiləri ilə ünsiyyət qurduqca o məsafə daha da daralır. Mən də məhz buna görə sosial şəbəkələrə əhəmiyyət verirem”.

 

 

 Aygül Mehman (Sağlam Düşüncə Gənclər Təşkilatının idarə heyətinin üzvü) :

 

“Mənim bütün dostlarım “facebook”dadır. Onlara ayrılıqda zəng edib əhval tutumağa nə kontur çatdırmaq olar, nə də ki vaxt. Facebookda isə rahatdır, kiminçün darıxdınsa rahat bir şəkildə söhbət edə bilərsən, hansısa problemini, sevincini bölüşə bilərsən və s.

Bundan başqa burda yeni tanışlıq imkanı da olur. Məsəlçün, mənə xaricdə yaşayan həmvətənlərimizlə söhbət etmək maraqlıdır. Burda həmçinin tanımadığın biriylə hansısa məlumatı bölüşə bilərsən, dost ola bilərsən. Amma Facebookda sevgiyə inanmıram. Adından göründüyü kimi bu bir sosial şəbəkədir. Facebooka daxil olmağıma görə peşman deyiləm. Mənim bu şəbəkəyə qoşulmağımı təkid etmiş dostuma təşəkkür edirem,.

 

 

Lalə Babayeva (Aile,qadın, uşaq problemləri üzrı dövlət komitəsinin sosial-analitik araşdırmalar sektorunun işçisi) :

 

“Məncə kişilər kimi xanımlar da facebookdan tanışlıq məqsədilə istifadə edirlər. Ancaq bir qrup xanımlar var ki, onlar fikirlərini paylaşmaq, müəyyən lazımlı insanlarla ünsiyyət qurmaq niyyətilə Facebooka daxil olurlar. Yəni, fikrimcə bu subyektin özündən asılıdı. Baxır kim, nə üçün istifadə edir. Mən isə burda kimləsə tanış olmuram sadəcə tanıdığımm amma çoxdandır görmədiyim adamları tapıram tebii ki, meni de tapiblar burda. Mən sadəcə fikirlərimi insanlarla bölüşmək məqsədilə Facebookdan istifadə edirəm. Mənə onların fikri maraqlıdır. Bir də ən əsası sosial çevrəmi genişləndirirəm”.

 

 

Aygül Əsgərova ( İRADİO aparıcı) :

 

“Azərbaycan kimi ölkələrdə qadınlar real heyatda sosial çevrəni daha çətin qururlar, özlərini istədikləri kimi apara bilmirlər. Amma sosial şəbəkələrdə xüsusən Facebookda belə problem yoxdur. Burada xanımlar qarşı cinslə daha rahat münasibət qururlar, kompleksləri olmur. Və özlərini burda daha rahat hiss edirlər. Amma şəxsən mənim üçün belə bir problem yoxdur, həyatda necəyəmsə, facebookda da eləyəm”.

 

Nura Mustafayeva (Moskva Dövlət Universiteti, tələbə):

 

“Kim ki, deyir Facebookdan sosial şəbəkə kimi istifadə edirəm yalandır. Bura girən qızların 90%-i oğlanlarla tanış olmaq istəyir. Qızlar Facebookda özlərinin cənnətdəki kimi təsəvvür edirlər. Çünki bu virtual dünyadır. Virtuallıqda isə ən çirkin qız Bred Pitlə danışa bilər. Facebookda çat deyilən bir yer var, kim deyə bilər ki, özünü ağıllı göstərən qızlar orda nə danışır camaatla. Şəxsən mən Facebookda bir oğlanla tanış olmuşam və hazırda onunla münasibətimiz var. Və mən buna görə heç də utanmıram, daha da onu gizlədənlər utansınlar”

 

.

Hacıbəy Heydərli

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar