İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi!!!

22.05.2009 [15:04]

Fontu böyüt:      

Müraciətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ləğv edilməsi və onun əsasında beynəlxalq təcrübəyə müvafiq olaraq İKT sektorunda dövlət idarəetməsi və tənzimləmə funksiyalarını həyata keçirən qurumların yaradılması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Təkliflər öz əksini tapıb.

Müraciətdə Rabitə və İnformasiya  Texnologiyaları Nazirliyinin ləğv  edilməsi  və onun əsasında beynəlxalq təcrübəyə müvafiq olaraq  İKT sektorunda dövlət idarəetməsi və tənzimləmə funksiyalarını  həyata keçirən qurumların yaradılması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə  bağlı Təkliflər öz əksini tapıb.

Müraciətdə ölkəmizin   mövcud potensialının İKT  sektorunda daha ciddi  uğurlar əldə etməyə imkan verəcəyi qeyd edilib. Son dövrlərdə ölkədə İKT sektorunda  müəyyən irəliləyişlər  əldə edilsə də  daha ciddi uğurların qarşısını alan əsas səbəb kimi, RİTN-nin hədsiz səlahiyyətlərə malik olması qeyd edilib. RİTN-nin ölkənin İKT sektorunda eyni anda 3  funksiyanı – dövlət idarəetməsi, tənzimləmə və kommersiya funksiyalarını icra etməsinin ciddi problemlər yaratdığı  vurğulanıb.  Belə ki, son dövrlərdə ölkənin İKT sektorunda sərbəst və azad rəqabətin çətinliklə formalaşdığı, operatorlar arasında münasibətlərin gərginləşdiyi, İKT sektorunda əldə olunan gəlirin böyük hissəsini formalaşdıran özəl sektorun dövlət qurumları tərəfindən haqsız  rəqabətlə üzləşdiyi bildirilib.

Müraciətdə ölkədə İKT üzrə xidmətlərin bahalığı və keyfiyyətinin yetərli olmamasının, RİTN-nin idarəetməsində və nəzarətində olan iri kommersiya  layihələrinin effektivsizliyinin, nömrə resurslarının, tezliklərin və domen  adlarının qeydiyyatı və bölüşdürülməsindəki ciddi problemlərin də əslində qüsurlu tənzimləmə siyasəti ilə  bağlı olduğu  vurğulanıb.

Müraciətdə  beynəlxalq təcrübəyə əsaslanaraq İKT sektorunda müstəqil dövlət  tənzimləyici qurumun- Milli Telekommunikasiya Şurasının  yaradılmasının daha  ciddi uğurlara əsas olacağı qeyd edilib. Tənzimləyici qurumun üzvlərinin Prezident  tərəfindən irəli  sürülməsi və Milli Məclis tərəfindən təsdiq edilməsinin, kommersiya ilə məşğul olmamasının, müstəqil olmasının  vacibliyi qeyd edilib.

Müraciətdə İKT sektorunda tənzimləmə ilə  bağlı bütün funksiyaların (lisenziyaların verilməsi, tezliklərin ayrılması, nömrə resursunun bölüşdürülməsi, telekommunikasiya bazarında sağlam rəqabətin təmin edilməsi, operatorların öz aralarında və onların istifadəçilərlə münasibətlərin tənzimlənməsi və s) yaradılması təklif olunan quruma verilməsi nəzərdə tutulub.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar