Fontu böyüt:
HP şirkəti əhəmiyyətli sistemlər üçün nəzərdə tutulmuş servis xidmətləri portfelini yeni təkliflərlə genişləndirir. Həmin təkliflər müştərilərə riskləri və infrastrukturun planlaşdırılmamış dayanmalarının qiymətini azaltmağa yardım edəcəkdir.
HP şirkətinin Azərbaycan nümayəndəliyindən verilən məlumatda bildirilir ki, “HP Proactive Select” servislərini əldə etməklə, müştərilər bleyd-serverlər, virtuallaşdırılmış infrastruktur, kompyuter şəbəkələri, təhlükəsizlik, proqram təminatları və ötürücülərin saxlanılması sistemləri üçün nəzərdə tutulmuş 85-dən çox texnoloji servislər sırasından lazımi xidmətləri seçmək imkanını qazanacaqlar.
HP şirkəti, həmçinin, “HP Critical Services” və “HP Proactive 24 Services” xidmətlər paketlərini yeni opsiyalarla genişləndirir. Həmin opsiyalar profilaktiki servislərin seçim prosesini asanlaşdırır və ilkin səviyyəli serverlər üçün çevik qiymət təqdim edir.