Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, sabah, 14 noyabr tarixdə saat 14-də Yüksək Texnologiyalar Parkında Startup Günlərinə start veriləcək. Startup Günləri 3 gün davam edəcək.
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, sabah, 14 noyabr tarixdə saat 14-də Yüksək Texnologiyalar Parkında Startup Günlərinə start veriləcək. Startup Günləri 3 gün davam edəcək.
Startup Günlərinin keçirilməsində məqsəd ölkədə internet biznesin inkişafına təkan vermək, milli startup infrastrukturunu inkişaf etdirmək, yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, startupçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.
Startup Günləri çərçivəsində “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda konfrans və gənc və yeni başlayan startupçilar üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlərin keçiriləcək. Startup Günlərinin əsas tədbirlərindən biri də startupçıların biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.
Günlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən yerli startup sahiblərinin yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.
Startup Günlərində startupçılar innovativ biznes ideyalar ətrafında Komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startup Layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startup Günlərinə Rabitə və Yüksək Texnologiyalar nazirliyi, Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, SMART və Khazar Ventures şirkətləri dəstək verirlər.
Startup Günlərinin Proqramı :
http://startupdays.startup.az/static_page.php?id=3 Startup Günlərinin Formatı :
http://startupdays.startup.az/news_details.php?id=21 Ekspertlər və mentorlar :
http://startupdays.startup.az/static_page.php?id=5