İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Onlayn Media 2014” Müsabiqəsinin qalibləri açıqlandı

29.11.2014 [10:26]

Fontu böyüt:      

Multimedia Mərkəzinin təşkil etdiyi ənənəvi “Onlayn Media 2014” Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Müsabiqənin nəticələri açıqlanıb.

Multimedia Mərkəzinin təşkil etdiyi ənənəvi “Onlayn Media 2014” Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Müsabiqənin nəticələri açıqlanıb.

Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz Təqdimat mərasimini açaraq Layihə haqqında, Onlayn Media Müsabiqəsi və keçirilən Təlimlər haqqında geniş təqdimatla çıxış edib. O müsabiqənin  15 sentyabrdan 15 noyabr tarixədək  davam etdiyini bildirib. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan 22  jurnalist və  bloqçu, 30 mikrobloqçu  iştirak edib. Müsabiqəyə 22 yazı təqdim edilib.

Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.

Osman Gündüz müsabiqədə  mikrobloqşuların da iştirak etdiyini bildirib. 30 mikrobloqçunun qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə Twitterdə elektron hökumət quruculuğu ilə bağlı , e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı  4000-dən çox  tvit yazıblar.

Məqalələri və tvitləri 10 ballıq sistemlə media və IT sahəsində ekspertlərdən ibarət Münsiflər qiymətləndiriblər.  Münsiflərin verdiyi ballar əsasında qaliblər müəyyən olunub.

Təqdimat mərasimində Layihənin rəsmi dəstəkçisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  əməkdaşı Kamal Məmmədov çıxış edərək ölkədə İnformasiya Cəmiyyətinin qurulması istiqamətində adı çəkilən Layihənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

O,  ölkədə elektron hökumət quruculuğu və İKT-dən effektiv istifadə istiqamətində bu kimi tədbirlərə gələcəkdə də dəstək veriləcəyini vurğulayıb.

Mətbuat Şurasının Sədri Əflatun Amaşov çıxış edərək artıq ölkədə Yeni medianın bir infrastruktur kimi formalaşdığını diqqətə çatdırıb və bu sahədə uzun müddətdən bəri davam edən Onlayn MEDİA Layihəsinin mühüm rolunun olduğunu qedy edib. Ö ölkədə onlayn medianın inkişafının kifayət qədər dinamik olduğunu və yaxın günlərdə bununla bağlı beynəlxalq konfransın keçiriləcəyini də diqqətə çatdırıb.

Artıq 2-ci il Layihəyə dəstək verən Nar Mobile şirkətinin ictimai əlaqələr bölməsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin informasiya cəmiyyəti quruculuğunda maraqlı olduğunu diqqətə çəkərək layihənin kifayət qədər uğurlu olduğunu bildirib. O gələcəkdə də şirkətin bu istiqamətdəki təşəbbüsləri dəstəkləyəcəyini bildirib.

Sonra qaliblərin adları açıqlanıb.

Yazı müsabiqəsində 1-ci yeri Xalid Vahidoğlu  ( Üç noqtə), 2-ci yerləri Kamran Ədalətoğlu  (xeberler.az) və Fərəh Sabirqızı (bakupost.az), 3-cü yerləri Mirvari Nəzərova (gsr.az), Zulfiyyə Quliyeva (azvision.az) və Günay Musayeva (musavat.com) qazanıblar.

Yazılar üzrə həvəsləndirici yerləri Elçin Bayramlı ( Fins.az ) , Atif Eyvazov(Sabahinfo.az ), Günel Azadə (Xeberler.az), Fərman Nəbiyev (”Mingəçevir işıqları” qəzeti ) ,

Nərmin Elçinqızı (nerminelcin.wordpress.com ), Aytəkin Nəsirova(tezxeber.com), Fatimə İbrahimova (Olke.az) , Fərrux İlhamoğlu(Xeberler.az) qazanıblar.

Layihə çərçivəsində Sosial mediadan effektiv istifadə istiqaməti üzrə də müsabiqə keçirilib.

# ehokumət həçtəqi üzrə sosial mediada keçirilən yarışmada  1-ci yeri Sevil Rəsulzadə, 2-ci yeri Nüsrət Zeynalov  və 3-cü yeri Ramin İlyasov qazanıb.

#etehsil həştəqi üzrə sosial mediada keçirilən yarışmada qalib Elmin Bayramlı olub.
Bu istiqamət üzrə də həvəsləndirici mükafatlar verilib.

Bütün qaliblərə və fərqlənənlərə   qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

Layihə çərçivəsində eyni zamanda jurnalistlərin professional hazırlığına kömək məqsədilə bir həftəlik Təlimlər keçirilib.

Təlimləri 25 nəfər jurnalist uğurla başa vurub. Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ulduz  Xəlilova , XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov  və Elektron Hökumət Portalının əməkdaşı Qədir Rəhimov  və İT ekspert Rəcəb Davudov  aparıblar.

Bu gün keçirilən Təqdimat mərasimində Təlimləri uğurla başa vuranlara Sertifikatlar da verilib.

Qaliblərin mükafatlandırılması mərasimində, hədiyyələrin və diplomların təqdim edilməsində RYTN –nin əməkdaşı Kamal Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Azər Həsrət, Nar Mobile-in rəsmi nümayəndəsi Nigar Arpadarai, VXSİ Dövlət Agentliyinin nümayəndəsi,  Media ekspertlər Ələsgər Məmmədli,  Seymur Kazımov, Azər Nəzərov, İT ekspert Rəşad Əliyev, JUHİ rəhbəri Müşviq Ələsgərli, Yeni Media İctimai birliyinin rəhbəri Xaqani Səfəroğlu,   AMEA İT  İnstitutunun şöbə müdiri Rasim Mahmudov, Khazar Ventures və NETTRENDS şirkətlərinin rəhbərləri Məmməd Kərimov və Elşad Yusifli və digərləri iştirak edib və çıxış ediblər.

Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihəni RYTN ,  Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə  Multimedia Mərkəzi həyata keçirilib. GoldenPay şirkəti də layihənin dəstəklənməsində iştirak edib.

Layihə çərçivəsində təşkil olunan Təlimlər AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq şəraitində keçirilib.

Təqdimat mərasimindən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.885337971506335.1073741835.445789375461199&type=1


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar