İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25.01.2009 [13:18]

Fontu böyüt:      

Kitab informasiya münasibətlərinin, informasiya istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün Jurnalistlərin yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.

26.01.2009

“Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabı
nəşr olunub

Multimedia Mərkəzi tərəfindən “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabı çap olunub. 

Kitab informasiya münasibətlərinin, informasiya  istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün  Jurnalistlərin  yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.

Kitabda  müəllif tərəfindən həm informasiya texnologiyaları sahəsində elmi–ictimai araşdırmalar çərçivəsində əldə etdiyi təcrübədən , həm də artıq  bir  neçə il BDU və Bakı Slavyan Universitetində İnternet-Jurnalistika kursunun  tədrisi prosesində toplanılan təcrübədən, geniş  istifadə olunub. Kitabın yazılmasında həmçinin Azərbaycan İnternet Forumu  və Multimedia Mərkəzi tərəfindən İnternet-jurnalistikanın inkişafı istiqamətində gerçəkləşdirdiyi Layihələrin materiallarından istifadə edilib.

Kitabda Bloqların yaradılması və yenilənməsi, İnternetdə sosial şəbəkələr və onlardan istifadə qaydaları, İnternetdə axtarışın sirləri, İnternetdə reklamdan gəlir əldə etmək yolları, Mobil internet, Jurnalistlər üçün faydalı internet resurslar haqqında bilgilər verilib.

Kitabın redaktoru AMEA-nın müxbir  üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir.

Kitab 104 səhifə həcmindədir.

Kitab Multimedia Mərkəzi tərəfindən İrex-Medianın dəstəyi ilə həyata keçirilən Jurnalistlərin İKT  bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində hazırlanıb və çap olunub.

 
xeberler.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar