İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda internet qiymətləri hələ də baha olaraq qalır

10.09.2009 [11:19]

Fontu böyüt:      

İnternet tariflərinin sentyabrın 1-dən ucuzlaşması barədə rəsmi məlumat verilsə də, bu istiqamətdə hələ ki addım atılmayıb. Əksər özəl provayderlər ucuzlaşmanın tezliklə olacağı barədə internet səhifələrində elan yerləşdiriblər.

İnternet tariflərinin sentyabrın 1-dən ucuzlaşması barədə rəsmi məlumat verilsə də, bu istiqamətdə hələ ki addım atılmayıb. Əksər özəl provayderlər ucuzlaşmanın tezliklə olacağı barədə internet səhifələrində elan yerləşdiriblər. Məsələ bununla da bitib. Amma bu addımı nə vaxt atacaqlar bəlli deyil.

HEÇ BİR PROVAYDER TRAFFİKİNİ ARTIRMAYIB

Hələ avqustun 31-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində internet üzrə Əlaqələndirmə Şurasının iclasında Azərbaycanın əsas internet provayderi olan «Delta Telekom» Məhdud Məsuliyyətli Müəssisəyə tövsiyə olunub ki, internet tariflərini ucuzlaşdırsın. («Delta Telecom» xaricdən internet traffiki alan yeganə müəssisədir. Azərbaycandakı bütün internet provayderləri internet traffikini bu müəssisədən alırlar.)

Belə ki, nazirliyin tövsiyəsindən sonra «Delta Telekom» sentyabrın 1-dən traffikinin həcmini 10 faizdən 60 faizədək artıran provayderlərə güzəşt tətbiq etməyə başlayıb. Traffikini 10 faiz artırana 1 meqabit/saniyə internet 248 manata, 60 faiz artırana isə 110 manata satılır. Hazırda yerli provayderlər 1 meqabit/saniyə interneti «Delta Telekom»dan 275 manata alırlar. Adı çəkilən müəssisə qiymətləri endirsə də ondan internet traffiki alan 30-a yaxın provayderin heç biri traffikini təklif olunan güzəştə uyğun artırmayıb. Elə artım olmadığına görə də ucuzlaşma yoxdur.

«İnternet-Forum»un prezidenti Osman Gündüz hesab edir ki, elan olunan müddətdə internetin qiymətində ucuzlaşmanın olmaması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin günahı üzündən baş verir. Belə ki dövlət provayderləri olan Aztelekom və Bakinternet qiymətləri niyə görəsə aşağı salmaq istəmirlər.

Osman Gündüz deyir ki, nazirlik bir tərəfdən «Delta Telecom»a internetin qiymətinin endirməyi tövsiyə edib, amma öz tabeliyində olan provayderlər qiymətləri hələ də endirməyiblər. Forum prezidentinə görə, elə bu səbəbdən də özəl provayderlər də qiymətləri ucuzlaşdırmaqda hələ ki maraqlı deyillər. Yəni özəl provayderlər gözləyir ki, ilk addımı dövlət müəssisələri atsın.

Rabitə və İnformasiya texnologiyaları nazirliyi İnformasiya Cəmiyyətinin İnkişaf departamentinin müdiri Rüfət Gülməmmədov hələ ucuzlaşmanın olmamasında təəccüblü bir şey görmür. Onun sözlərinə görə, dövlət provayderləri hələ bu işə hazırlıq görməkdədirlər və ucuzlaşma hökmən olacaq. Amma nə vaxt olacaq bu məlum deyil:

«Təbii ki, qiymətlərin aşağı salınması bir günün işi deyil. Bunun üçün müəyyən hazırlıq işləri görülməlidir».

RENTABELLİK AXTARIŞINDA OLAN DÖVLƏT PROVAYDERİ

Dövlət provayderi olan «Aztelekom» hazırda yeni qiymətlərlə xidmət göstərməyin rentabelliliyini araşdırır. Qurumun Marketinq Şöbəsinin rəisi Etibar Bağırova görə, nazirlik öz müəssisələrinə tapşırıq verib ki, yeni qiymətlərə uyğun endirimlər edilsin: «Hazırda bununla bağlı təkliflər hazırlanır və rentabellilik gözlənilməklə hesablamalar aparılır ayın sonuna kimi təkliflər hazırlanaraq qərar qəbul olunacaq».

Etibar Bağırov düşünmür ki qiymət ucuzlaşması Aztelekom gəlirlərinə təsir eləsin: «İlkin hesablamalara görə, bu xidmət onsuz da rentabelli olacaq. Yəni bizə sərf edəcək, amma dəqiq nə qədər ucuzlaşacaq bu hələ məlum deyil. Amma mənim öz şəxsi fikrim belədir ki, internet kartların və genişzolaqlı internetin qiyməti təxminən 30-40 faizi aşağı düşməlidir».

Etibar Bağırova görə, bu ilin fevralındakı ucuzlaşmadan fərqli olaraq bu dəfə internetin keyfiyyəti də müsbət yöndə dəyişəcək. O, fevralda internet tariflərindəki ucuzlaşmanın keyfiyyətə müsbət təsir etməməsini qiymətlərin aşağı salınmasıyala bağlı qərarın tələsik qəbul olunmasıyla izah edir.

Amma İnternet Forumun Prezidenti Osman Gündüz hesab edir ki, internetin indiki qiymətlərdə qalması dövlət provayderlərinə sərf edir. Çünki indi onların qazancı daha çoxdur. Osman Gündüzə görə, internet traffikini 10 faizdən 60 faizə qaldıraraq qiymətləri aşağı salmaq imkanları dövlət provayderlərində daha genişdir. Bu baxımdan da forum prezidenti düşünür ki, dövlət provayderləri qiyməti ucuzlaşdırmayana qədər internet tariflərinin aşağı düşməsi reallaşmayacaq. //Azadlıq radiosu


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar