Fontu böyüt:
Gün keçdikcə internetin sürəti daha da artır.Təbii ki, müasir standardlar bu sürətə cavab vermədiyindən bir şox şirkətlər sistemləri təkmilləşdirmək yolunda cəhdlər edirlər.
Yeni normalar gəldiyi təqdirdə isə milyonlarla modem istifadədən çıxmalı olacaq. İnternetin sürəti artdıqca və İEEE uzun müddətdir üzərində işlədiyi sistemi dünya standardı kimi qəbul etdirə bilsə onda istifadəçilər modemlərini dəyişməli olacaqlar.DSL xətlərinin geniş yayılması ilə insanlar maksimum 125 Mbps sürət dəstəkləyən modemlər istifadə edirdillər.
Lakin əgər İEEE (The Institute of Electrical and Electronics Engineers) hazırladığı yeni layihəni təqdim etsə onda vəziyyət dəyişəcək. 802.11n standarı sürəti 300 Mbps-ə qədər artıracaq və bununla paralel olaraq bir çox əməliyyatları da eyni zamanda həyata keçirə biləcək.