İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"Halal internet"lə haram əməllər

28.04.2011 [01:12]

Fontu böyüt:      

Freedom House təşkilatının bildirdiyinə görə, internetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir. “2011 Şəbəkə azadlığı: İnternet və rəqəmsal medianın vəziyyəti” adlanan hesabatda 37 ölkədəki vəziyyət gözdən keçirilir. İranda durum Çin, Kuba və Birma kimi ölkələrdən də pis dəyərləndirilir.
Freedom House təşkilatının bildirdiyinə görə, internetdən istifadə baxımından İran ən qeyri-azad ölkələrdən biridir. “2011 Şəbəkə azadlığı: İnternet və rəqəmsal medianın vəziyyəti” adlanan hesabatda 37 ölkədəki vəziyyət gözdən keçirilir. İranda durum Çin, Kuba və Birma kimi ölkələrdən də pis dəyərləndirilir.  2009-cu il prezident seçkilərinə etirazlardan sonra İran hökuməti internetlə ciddi mübarizəyə qalxıb. Bu ölkədə minlərlə veb səhifəsi bağlanıb, internetin sürəti qəsdən azaldılıb, online kommunikasiyalar izlənilir, onlarla bloqer təzyiq və həbslərə məruz qalıb, onlara işgəncələr verilib. Bloqerlərdən biri polis nəzarətində ikən dünyasını dəyişib.

Hesabatda bildirilir ki, İran hökuməti öz məqsədləri üçün internetdən geniş istifadə edir. Hökumət ölkə başçıları və onların siyasətlərinin müdafiəsi, habelə insan hüquqları müdafiəçiləri və müxalifətin etibardan salınması  məqsədi ilə internetə müraciət edir. Bu yaxınlarda hökumət bloqerlər müsabiqəsi keçirərək, senzuraya məruz qalmayan, yəni hökumət tərəfdarı bloqlara imkan yaradıb. Müsabiqənin qalibi İran prezidenti Mahmud Əhmədinejadı dəstəkləyən bloqer Omid Hüseyni olub. İran hökluməti bundan əlavə “Halal İnternet” planını açıqlayıb. Hökumətin senzurası altında bu şəbəkə islam prinsiplərini təbliğ edəcək.

ABŞ dövlət katibi Hillari Klinton avtoritar rejimlərin internet azadlığını boğmaq cəhdlərinin artdığını deyir. İranı xüsusi qeyd edən xanım Klinton bu ölkədə müxalifət və medianın veb səhifələrinin bağlanıdığını, sosail medianın hədəf alındığını, öz xalqına qarşı repressiyalar məqsədi ilə onların kimliklərinin oğurlandığını bildirib. ABŞ dövlət katibi bu kimi siyasətlərin müxalifətin daha artıq susdurulması, bağlanan veb səhifələri və yoxa çıxan insanların ideyalarının itirilməsinə yol açdığını deyib. Hillari Klinton  bildirib ki, internet insan azadlığı və ləyaqəti məsələsidir. “ABŞ  şəxs, çap və ya internet olmasından asılı olmayaraq, bunlardan dinc məqsədlərlə istifadə edənlərə həmişə dəstək olacaq”-deyə ABŞ dövlət katibi Hillari Klinton bildirir. 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar