İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

MBA və TEMPUS proqramları üzrə internet vasitəsilə magistraturaya ərizə qaəbuluna başlanılıb

26.11.2009 [16:52]

Fontu böyüt:      


Bakalavrlar noyabrın 26-dan dekabrın 4-dək ərizələrini təsdiqlədə bilərlər

Respublikanın ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, sənədlərin qəbulu internet vasitəsi ilə aparılacaq. Bunun üçün bakalavr şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan  istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olmalıdır. Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün noyabrın 26-dan dekabrın 4-dək bazar günü istisna olmaqla, hər gün saat 9-dan 17-dək tələb olunan sənədləri təqdim etməlidirlər.

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına da ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda, magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar sənəd verə bilərlər. TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Komissiyadan qeyd edilib ki, həmin ixtisasların siyahısı "Magistr" xüsusi buraxılışının 8-ci sayında nəşr edilib.

Qəbul prosesinə gəlincə, imtahanlar iki mərhələdə keçirilir. İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt ayrılır. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi yoxlanılır. İkinci mərhələdə isə bakalavrın qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsinə diqqət yetirilir. Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar