Fontu böyüt:
Mətbuat Şurasının hesabatı və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının yeni variantı müzakirəyə çıxarılacaq
Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısına qatılacaq.
Mətbuat Şurasından verilən məlumata görə, tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək.
Toplantıda alyansa üzv 30-dan artıq ölkənin Mətbuat Şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Mətbuat Şurasının hesabatı və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının yeni variantı müzakirəyə çıxarılacaq.
Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafı məsələlərinə, Mətbuat Şurası və onlayn jurnalistika mövzularına dair diskussiyaların aparılması da daxildir. Əflatun Amaşov Hollandiyaya səfəri çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq.
Əflatun Amaşovun bu il Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Nepalda keçiriləcək illik toplantısında iştirakı da nəzərdə tutulur.