İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olundu

18.05.2011 [00:59]

Fontu böyüt:      

Bu gün ParkİNN otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirildi.

Bu gün ParkİNN otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirildi. 

Tədbirdə dövlət sektoru və qeyri-hökumət təşkilatlarının nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri, eləcə də KİV nümayəndələri iştirak edirdilər. 

Mərasimi giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov öncə İKT ictimaiyyətini 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə təbrik etdi. Bu il Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 146-cı ildönümünün olduğunu qeyd edən İ.Məmmədov əlamətdar günün ”Kənd yerlərində İKT ilə həyat daha yaxşıdır” mövzusuna həsr olunduğunu söylədi: “Məqsəd İKT-nin üstünlüklərindən istifadə etməklə kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır”. 

Azərbaycanda İKT sektorunun dinamik inkişafı istiqamətində aparılan işlərdən söhbət açan nazir müavini xüsusən də regionlarda İKT-nin imkanlarından geniş istifadənin təmin edilməsi üçün görülən məqsədyönlü tədbirlər, həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verdi. Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nın ölkədə İKT infrastrukturunun inkişafı, müasir texnologiyaların regionlarda geniş tətbiqi, genişzolaqlı İnternet xidmətlərinin təşkili və s. istiqamətdə atılmış mühüm addımlardan olduğunu bildirdi. İ.Məmmədov respublikanın bütün rayonlarında telefon şəbəkəsinin tam elektronlaşdırıldığını bildirərək Azərbaycanda peyk rabitəsinin inkişafı istiqamətində aparılan mühüm işlərdən söhbət açdı. 2012-ci ilin sonunda Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının nəzərdə tutulduğunu vurğulayan nazir müavini bu əlamətdar hadisədən sonra İKT-nin həm şəhər, həm də kənd yerlərində istifadəsi üçün daha geniş imkanların yaranacağını qeyd etdi. 

Nazir müavini çıxışını Azərbaycanın telekommunikasiya platformasının inkişafına həsr edilmiş təqdimatla başa vurdu. 

Sonra Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə videomüraciəti nümayiş etdirildi. Müraciətdə İKT-nin minilliyin inkişaf məqsədlərinin uğurla bərqərar olmasında getdikcə daha böyük əhəmiyyətə malik olduğu bildirildi, dünyanın ən ucqar yerlərinin İKT-nin geniş imkanları ilə təmin edilməsinin zəruriliyi vurğulandı. 

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni yaradılmış www.ictnews.az informasiya resursunun təqdimatı da keçirildi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən yeni veb-saytın Azərbaycanda və dünyada İKT sahəsində baş verən hadisələr, texnoloji yeniliklər, keçirilən konfrans, seminar və digər mühüm tədbirlər haqqında məlumatların geniş ictimaiyyətin nəzərinə çatdırılması məqsədi daşıdığını vurğuladı. Hazırda ölkədə 300-dən artıq gündəlik kütləvi informasiya vasitəsinin nəşr olunduğunu qeyd edən M.Əmirov bunun İnternet-jurnalistikanın inkişafı, dünya informasiya fəzasına inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Veb-saytın bölmələri haqqında ətraflı məlumat verən mətbuat xidmətinin rəhbəri çıxışını “Məqsədimiz auditoriyanı İKT sahəsi üzrə keyfiyyətli, maraqlı və dolğun xəbərlərlə təmin etməkdir” – fikri ilə bitirdi. 

Çıxış edən digər iştirakçılar – Təhsil nazirinin müavini Elmar Qasımov, akademik 
İsmayıl İbrahimov, professor Havar Məmmədov və başqaları son illər Azərbaycanda İKT sahəsində dinamik inkişafa nail olunduğunu, bu sahənin ölkənin strateji maraqlarına xidmət edən sfera olduğunu bildirdilər. Qeyd edildi ki, informasiya cəmiyyətinin bərqərar olmasında başlıca prinsiplərdən biri də yüksək ixtisaslı İT-kadrların hazırlanmasıdır, həmçinin ali və orta təhsil müəssisələrində İKT-nin geniş tətbiqinin dövrün tələbi olduğu vurğulandı. 

Tədbirdə Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyi və Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri də mükafatlandırıldı. Qalib komandaların hər bir üzvünə fəxri diplom və dəyərli hədiyyələr təqdim olundu. 

Təntənəli mərasimdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırlanmış “Azərbaycanda informatikanın təşəkkülü” adlı kitabın təqdimatı da keçirildi. Kitabda informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanmasından başlayaraq informasiya texnologiyalarının bugünkü səviyyəsinə qədər keçilən yolda qazanılan nailiyyətlər, bu sahədə çalışan alim və mütəxəssislər haqqında geniş məlumat verilib. 

//ikt.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar