Fontu böyüt:
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) muzeyinin yaradılması barədə saziş imzalayıb.
Sazişin şərtlərinə əsasən, muzeyin BTİ-nin Cenevrə (İsveçrə) şəhərində yerləşən qərargahında BƏƏ-nin hesabına açılması nəzərdə tutulur.
“Exploratorium İKT Mərkəzi” adlanacaq muzeyin ekspozisiyası İKT-nin inkişafı və İKT-nin keçmişdə, hazırda və gələcəkdə insanların həyatlarına təsirinə həsr olunacaq. BƏƏ isə yeni maarifləndirici mərkəzin tərəfdaş-həmtəsisçisi olacaq. BƏƏ onun layihələşdirilməsi və yaradılmasına 2 milyon dollar məbləğində vəsait ayıracaq.
BTİ-nin üzərinə eksponatların, avadanlığın və digər vəsaitin əldə olunması düşür. İKT muzeyinin artıq 2010-cu ildə açılacağı gözlənilir.