İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda Facebook istifadəçilərinin sayı 153 280 nəfərdir

07.05.2010 [01:58]

Fontu böyüt:      

Azərbaycanda Facebook istifadəçilərinin sayı yüksək temlə artır. Facebaker.com saytının son məlumatlarına görə Azərbaycandan artıq 153 280 nəfər registrasiyadan keçib. Bu ilin ilk rübündə istifadəçilərin sayı 30 000 nəfər artıb. Bunun 62%-i kişilərdir.

Azərbaycanda Facebook istifadəçilərinin sayı yüksək temlə artır. Facebaker.com saytının son məlumatlarına görə Azərbaycandan artıq 153 280 nəfər registrasiyadan keçib. Bu ilin ilk rübündə istifadəçilərin sayı 30 000 nəfər artıb. Bunun 62%-i kişilərdir.

Dünyada gündən-günə sosial mediadan istifadə edənlərin sayı artır, Facebook kimi Twitter istifadəçilərinin də sayı çoxalır. Sosial Mediadan istifadəyə tələbat ən çox repressiv, avtoritar rejimli ölkələrdədir. İran və Çin kimi insan hüquqlarının ən çox pozulduğu ölkələrdə insanlar kömək üçün Facebook və Twitter şəbəkələrinə  üz tuturlar.

Facebook saytının statisikası ilə məşğul olan Facebaker.com saytının məlumatlarına görə demokratiya olmayan ölkələrdəki qadağalara görə bu saytdan istifadə məhdudlaşır. Statistikaya görə hal-hazırda 117 mln nəfər ABŞ sakini Facebookdan istifadə edir. Ondan sonra isə Böyük Britaniya, İndoneziya və Türkiyə gəlir. Bu ölkələrdə istifadəçilərin ümumi sayı 20 mln nəfərdir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı bu statisikadan daha çoxdur. Facebaker.com saytına görə Azərbaycan 187 ölkə arasında 100-cü yeri tutur. Osman Gündüz bunu ölkədə İnternet tariflərinin qiymətlərinin yüksək olması ilə izah edir.

İstifadəçi sayına görə Gürcüstan 80-ci yeri, Ermənistan isə 128-ci yeri tutur.  Osman Gündüz ölkədə istifadə edilən İnternet texnologiyaları həm dünya həm də regiondakı ölkələrdən geri qalır və bunda Rabitə və İnformasiya texnologiyaları nazirliyini günahlandırır: “Son zamanlar bu sahədə inkişafın artmasına baxmayaraq, bəzi konkret adamlar İKT-dən istifadədə ciddi problemlərlə üzləşirlər, bunun da səbəbi həmin ərazini tənzimləyən hökümət strukturlarının köhnə mezanizmlərdən istifadə etməsidir. Yəni RİTN kimi qurumlar bəzi dünya ölkələrində-rusiya, Türkiyə və Belarusiya kimi ölkələrdə fəaliyyət göstərirlər. Digər dövlətlər isə artıq belə bir strukturdan  imtina ediblər.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar