Fontu böyüt:
Artıq üçüncü ildir Azərbaycan İnternet məkanında fəaliyyət göstərən “Kataloq” layihəsi Azərbaycan Respublikası Standartlaştırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əmtəə nişanı olaraq qeydiyyata alınıb. Bununla da “Kataloq” Azərbaycanda əmtəə nişanı olan ilk İnternet layihəsi adını qazanıb.
Layihə rəhbərliyindən xeberler.az-a verilən məlumata əsasən bu tədbir “Kataloq”-un başqaları tərəfindən sui-istifadə və piratçılıq hallarına qarşı atılan bir addımdır.
Məlumat üçün bildirək ki, 2006-ci ilin oktyabr ayında yayıma başlayan Kataloq www.kataloq.az , www.kataloq.net və www.kataloq.info ünvanlarında fəaliyyət göstərir.Gün ərzində 1000-dən çox istifadəçisi var.
"Kataloq layihəsi"- İnternetde ilk dəfə Bakının elektron xəritəsini yerləşdirərək, xəritənin üzərində hər növ obyektlərin, o cümlədən şirkət və müəssisələrin göstərilməsini təmin edən biznes kataloqudur.