Fontu böyüt:
ESET-in ThreatSense.Net analizlərinə görə, Oktyabr ayında bütün dünyada ən çox rast gəlinən virus 8.85% nisbəti ilə “win32/Conficker” adlı soxulcan (worm) növü olub. “win32/Conficker” Windows əməliyyat sistemlərindəki bir açığı istifadə edərək şəbəkə üzərində yayılan virus növüdür.
Conficker, əməliyyat sistemində tapdığı açığın köməyi ilə etibarlı istifadəçi məlumatlarına ehtiyac duymadan sistemə girə bilir. Conficker bir kompüterdə işlədildiyində, Windows Avtomatik Aktuallaşdırmalar, Windows Təhlükəsizlik Mərkəzi, Windows Defender və Windows Səhv Hesabatlama kimi sistem xidmətlərini dövrə xarici buraxır. Daha sonra virus, əlavə bir proqram endirib fərdi məlumatları pis məqsədli şəxslərin ələ keçirməsini təmin edir. Soxulcan Windows-da, svchost.exe, Explorer.exe və Services.exe kimi adlarla görünür.
Conficker soxulcanının ən böyük qurbanı 28,08%-lik görünmə nisbətiylə Ukraynalılar olub. Ukraynanı Rusiya (18,69%), Cənub Afrika (15,21%) və Bolqarıstan (15,02%) izləyib.
Ən yüksək ikinci təhdid isə 7.73% nisbəti ilə USB Flash Disk kimi çıxarıla bilər alətlərdən gəlib. “INF/Autorun” kimi təyin olunan və özlərini bu cür məhsullara kopiyalayan zərərli proqramlar, kompüterin avtomatik olaraq dövrəyə girməsi ilə bir anda sistemə yayıla bilir. ESET mütəxəssisləri bu mexanizmi istifadə edən zərərli proqram törəmələrinin qarşısını almaq üçün Windows Autorun xüsusiyyətinin bağlanılmasını təklif edir.
ESET-in hesabatına görə, dijital dünyanı təhdid edən təhlükələrin 3-cüsü isə 7.29% ilə online oyunlar vasitəsilə yayılan “win32/PSW” virusudur.