İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Onlayn-laboratoriyanın təqdimatı olub

23.02.2012 [18:09]

Fontu böyüt:      

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Online-laboratoriyanın (xəbərlər portalı) təqdimatı olub. Laboratoriyanı “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi təqdim edib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Online-laboratoriyanın (xəbərlər portalı) təqdimatı olub. Laboratoriyanı “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi təqdim edib. Layihə Amerika-Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyilə həyata keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti ,Qafqaz Universiteti, Azərbaycan Universitetlərinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media üzrə mütəxəssislər iştirak ediblər.

Multimedia Mərkəzinin direktoru, adı çəkilən Layihənin rəhbəri Osman Gündüz  çıxış edərək Layihə haqqında və Onlayn Laboratoriya haqqında məlumat verib. O Onlayn Laboratoriyanın jurnalistika təhsili verən hər bir Universitetə təqdim ediləcəyini bildirib.
Yeni media mütəxəssisləri Amid Quliyev və Şaiq Muradov resursdan istifadə qaydaları və özəllikləri haqqında təqdimatla çıxış ediblər. Onlar gələcəkdə bu resursu idarə edəcək şəxslərin suallarını cavablandırıblar.

Hər bir Universitet üçün verilməsi nəzərdə tutulan Onlayn-Laboratoriya jurnalistika fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması  üçün nəzərdə tutulub. Müəllimlər və tələbələr bu onlayn-resursdan  onlayn mühitdə işləmək üçün bir platforma olaraq istifadə də biləcəklər.

Onlayn laboratoriya geniş  funksional imkanlara malikdir. Tələbələr və müəllimlər burda  müxtəlif növ xəbər tipləri ( audio-podkast, video, mətn, foto və s) ilə işləmək imkanları əldə edirlər. Yeni media texnologiyalarını tədris edən müəllimlər jurnalist-tələbələrdə praktiki vərdişlərin formalaşması üçün   bu resursdan səmərəli və effektiv istifadə edə biləcəklər.

Tədbirdə  həmçinin universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi üçün Multimedia Mərkəzinin hazırlamaqda olduğu yeni tədris modulları (proqramları) ilə bağlı  görülən işlər haqqında məlumat verilib.  Apreldə keçiriləcək konfransda yeni medianın tədrisi modelinin yekun variantının müzakirə ediləcəyi bildirilib.

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi Universitetlərdə  Yeni media texnologiyalarının  tədris modelinin yaradılmasını nəzərdə tutur. Bura ayrı-ayrı fənlər bloku, tədris proqramları, tədris-tematik planları və s. daxildir.
Jurnnalist-tələbələrə İnternet- TV-də və İnternet-radioda iş vərdişləri aşılamaq üçün Layihə çərçivəsində BDU-da İnternet studiyanın yaradılması nəzərdə tutulur. Hazırda Studiyanın yaradılmasına hazırlıq gedir, avadanlıq alınır. Müəllimlər və tələbələrin hazırlanması üçün treninqlər təşkil ediləcək.  Həmçinin  yeni media-texnologiyalarını tədris edənlər üçün ixtisaslaşdırılmış İnternet-portal yaradılacaq.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar