Fontu böyüt:
“Samsung” şirkəti dünyanın ən nazik “Blu-ray” pleyeri üzərində işlədiyini bəyan edib. Qalınlığı cəmi 23 mm olan qurğu həm adi, həm üçölçülü “Blu-ray” diskləri dəstəkləyir.
Yeni pleyerin 2011-ci ilin yanvar ayının 6-dan 9-dək Las-Veqasda (ABŞ) keçiriləcək "CES 2011" sərgisində nümayiş etdiriləcəyi nəzərdə tutulub. Qeyd olunur ki, pleyer müstəqil şəkildə ikiölçülü təsviri 3D-yə çevirmək imkanı ilə təchiz olunacaq. Yeni qurğu Facebook, Twitter, YouTube və bu kimi bəzi digər veb-servisləri dəstəkləyəcək.
“Samsung”un yeni məhsulunun digər xüsusiyyətləri və qiyməti hələ açıqlanmır.