İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Gəncədə keçiriləcək BarKamp 2009-a qeydiyyat başlanılıb

03.08.2009 [11:15]

Fontu böyüt:      

14-16 avqustda, Gəncə şəhərində Emon Otelində “BarKamp Azərbaycan 2009, Gəncə” qeyri-konfransı təşkil olunacaq.

14-16 avqustda, Gəncə şəhərində Emon Otelində “BarKamp Azərbaycan 2009, Gəncə” qeyri-konfransı təşkil olunacaq. BarKamp Azərbaycanda İnformasiya Texnologiyaları, İnternet və Yeni Media sahəsinə həsr olunmuş geniş konfransdır.

BarKamp-ın keçirilməsində məqsəd İT və Yeni Media mütəxəssisləri, istifadəçilər arasında təcrübə, informasiya mübadiləsi üçün qeyri-rəsmi ünsiyyət mühiti formalaşdırmaqla Azərbaycanda yeni İnternet və Yeni Media layihələrinin inkişafı üçün stimul verməkdir.

 Barkampa təcrübəli, o cümlədən də gənc mütəxəssislər və kadrlar, müxtəlif şirkət və layihələr cəlb edilir. "BarKamp Azərbaycan 2009, Gəncə" qeyri-konfransında İT və Yeni Media nümayəndələrinin, Bakı ilə yanaşı regionlardan da 200-250-yə yaxın mütəxəssisin, eləcə də bu sahə ilə yaxından maraqlananların və internet istifadəçilərinin iştirakı gözlənilir.

Bu konfransda iştirak edə bilər: - İnternet resurs layihələri hazırlayan mütəxəssislər (veb-dizaynerlər, proqramçılar, koderlər, kontentçılər, kopirayterlar, menecerlər. və s.); - Bloggerlər, netvorkçular, moderatorlar, yeni media jurnalistləri və mütəxəssisləri; - Uğurlu və ya uğursuz layihə tarixinə malik olanlar və onları inkişaf etdirmək istəyənlər, təcrübələrini bölüşmək, təcrübə əldə etmək istəyənlər; - Öz işlərini, layihələrini və nailiyyətlərini təqdim etmək istəyənlər; - Güclü kadr və birgə layihələr üçün tərəfdaş axtarışına çıxanlar; - Konfransın əhatəsində olan mövzular üzrə təhsil alanlar, tədris edənlər, eləcə də onlarla dərindən maraqlananlar.

Tədbirdə dövlət qurumları, İT şirkətləri və QHT nümayəndələri, eləcə də fondlar və müxtəlif biznes adamlarının iştirakı gözlənilir. "BarKamp Azərbaycan 2009, Gəncə" qeyri-konfransında iştirak etmək üçün qeydiyyat başlanılıb. Əlavə məlumatı www.barcamp.az saytından əldə etmək olar.

Xatırladaq ki, BarKamp Azərbaycanda ilk dəfə 2008-ci ildə, 29-31 avqust tarixində Lənkəran şəhərində keçirilmişdir. 2009-cu ildə, 27-29 mart tarixində isə Qafqaz Universitetində Beynəlxalq dərəcəli “BarCamp Caspian” təşkil olunmuşdur. 15 ölkədən iştirakçıların qoşulduğu bu tədbirdə ümumilikdə 450-dən çox şəxs iştirak etmişdir.


xeberler.az/Vüsalə
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar