İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Rasim Əliquliyev: “ Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin hazırlıq mərhələsində çox fəal iştirak edir” (EKSKLÜZİV MÜSAHİBƏ)

17.05.2011 [00:48]

Fontu böyüt:      

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Xeberler.az portalının suallarını cavablandırıb.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim  Əliquliyev Xeberler.az portalının suallarını cavablandırıb.

Bildiyiniz kimi, 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür. Azərbaycan buna necə hazırlaşıb?

Azərbaycan informasiya cəmiyyəti ideyalarına sadiq bir ölkədir. Hazırda bizim vətəndaşlarımız İnformasiya Texnologiyalarından yaxşı istifadə edir. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti, bildiyiniz kimi, 2003-cü ilin dekabr ayında Cenevrədə keçirilməyə başlayıb. Bu sammitin ikinci mərhələsi isə 2005-ci ilin noyabr ayında Tunisdə baş tutmuşdu. Azərbaycan bu sammitin hazırlıq mərhələsində çox fəal iştirak edən ölkələr siyahısındadır. Hətta bu sammitin baş katibi səviyyəsində Azərbaycanın fəal iştirakına görə təşəkkür də edilib. 2006-cı ildən isə 17 may “Ümumdünya İnformasiya Cəmiyyəti günü” kimi qeyd olunur. Bununla bağlı ilk dəfə bizim inistitutda RİTN tərəfindən təşkil edilən və biznes strukturunda fəaliyyət göstərən İKT şirkətlərinin iştirakı ilə bu gün qeyd olunub. Həmin ildən başlayaraq müntəzəm olaraq bu gün Azərbaycanda da qeyd olunur.

Bu günün keçirilməsində məqsəd nədən ibarətdir?

Burada məqsəd isə İKT sahəsində olan problemlərə və inkişafa diqqət yönəltməkdir. Bu il bizim Universitetimizdə də bununla bağlı seminar keçiriləcək. Seminarda 2 mövzu qoyulub. Birincisi əşyalar, internet haqqında, ikincisi isə elektron parlament, elektron dövlətin forması kimi mövzusudur. Bildiyiniz kimi, elektron parlament dedikdə təkcə parlament nəzərdə tutulmur, burada seçki zamanı İKT-nin özünün rolu da nəzərdə tutulur.

Son zamanlar ölkəmizdə mobil rabitə sahəsində bir neçə yeniliklər baş verdi. Mobil operatorlar kontur ödəmədən, manat ödəməyə keçdi. Nazir Əli Abbsov ictimaiyyətə verdiyi açıqlama da, son olaraq mobil danışıqlarda gizli nömrələrin ləğv ediləcəyini söyləyib. Siz bu haqda nə düşünürsünüz?

Bu yaxşı haldır. Bildiyiniz kimi, bu gün artıq onlarla gizli nömrədən şikayət edən insanları tapmaq olar. Düzdür, bunun üçün hüquq mühafizə orqanları geniş şəkildə iş görürlər amma, bunun qarşısını bir dəfəlik almaq üçün gizli nömrələrin ləğv edilməsi lazımi bir addımdır. Buna görə də mən bu addımı doğru hesab edirəm.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar