Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi BarCamp Caspian 2009a dəstək verən şirkətlərdən biri də dünyaca məşhur blog sistemi Wordpress idi.Lakin BarCamp təşkilatçılarından xeberler.az-a verilən məlumata görə vaxt məhdudluğu ucbatından Wordpress nümayəndələri BarCamp Caspian 2009da iştirak edə bilməyəcklər.
Buna baxmayaraq üzərində Wordpress loqoları əks olunan aksesuarlar BarCamp təşkilatçılarına göndərilib.Bu isə o deməkdir ki,məşhur blog sistemi layihəyə dəstəyini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, tədbirə qoşulacaq 300-dən çox olan və əsasən gənclərin üstünlük təşkil etdiyi bu konfransın iştirakçıları arasında Google axtarış sisteminin, Sevenload Almaniyanın video paylaşım saytının, Creative Commons və Opera Software kimi nəhəng layihələrin nümayəndələrinin də olacağı gözlənilir.