Fontu böyüt:
Bu həftə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin yeni layihəsi - www.azadliqradiosu.az saytında videoxəbərlər proqramı işinə başlayıb.
“250 saniyə” proqramı yerli və beynəlxalq xəbərlərin və hesabatların veb-TV platformasında təqdimatından ibarətdir. Sayt oxucuları http://www.azadliq.org/content/article/2189776.html ünvanında cari hadisələr haqqında tarazlaşdırılmış videoməlumat əldə edə bilərlər.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev bildirib ki: “Bu, auditoriya ilə əlaqə nöqteyi-nəzərdən sıçrayışdır, onlar ən yaxşı gündəlik xəbərləri TV-dən almaq imkanı əldə edir. Biz inanırıq ki, bu, çox populyar layihə olacaq”. Xəbərlər buraxılışı sosial şəbəkələrdə (YouTube i Facebook) də yerləşdiriləcək.
Qeyd edək ki,“Azadlıq”ın audio-saytı Azərbaycanda ən məşhur və etibarlı İnternet-KİV-lərdən biridir. “Azadlıq” radiosu həmçinin sayta rus dilində kontentini genişləndirir. 2008-ci ilin dekabrında BBC və “Amerikanın səsi” ilə yanaşı “Azadlıq” radiosunun da Azərbaycanın yerli FM və MW dalğalarında yayımı qadağan edilib. Radio qısa dalğalarda və İnternetdə 10 saata qədər radio verilişlərinin yayımını davam etdirir. 2009-cu ildə radionun saytında rus dilində xəbərlər səhifəsi açılıb və oxucular arasında böyük populyarlıq qazanıb.