İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04.12.2014 [14:41]

Fontu böyüt:      

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçirilib.

Dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı" ("BakuTel 2014") çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçirilib.

Xeberler.az-ın məlumatına görə, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçıları olduğu konfransda AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev və digər rəsmi şəxslər, idarəetmə və İKT sahəsinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akif Əlizadə elektron dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.

AMEA prezidenti ölkəmizdə yüksək texnologiyalar sektorunun inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması kimi məsələlərlə bağlı AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında işgüzar, səmərəli əməkdaşlıq əlaqələri formalaşdığını və bu əməkdaşlığın ildən-ilə daha da genişləndiyini, vüsət aldığını vurğulayıb.

Akif Əlizadə konfransa göstərdiyi elmi-təşkilati və maliyyə dəstəyinə görə akademik Əli Abbasova AMEA adından minnətdarlığımı bildirib.

Akif Əlizadə e-dövlət quruculuğu problemlərinə həsr olunan konfransın ölkəmizdə bu sahədə ilk təşəbbüs olduğunu vurğulayaraq, tədbirin uğurlu olacağına, elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. O, bildirib ki, konfransa ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 86 elmi məruzə təqdim olunub. Onun sözlərinə görə, bu, bir tərəfdən, elektron dövlət quruculuğunun nə qədər geniş, əhatəli bir proses olduğunu təsdiq edir, digər tərəfdən isə, bizim alim və mütəxəssislərin bu məsələyə nə qədər geniş aspektdən yanaşdığını göstərir.

Konfransın plenar iclasında AR rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “Azərbaycanda elektron hökumət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. 

Nazir ölkədə e-dövlətin formalaşdırılması ilə bağlı indiyə kimi qanunvericilik, idarəetmə və texnoloji istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr haqqında danışıb. O, bildirib ki, ölkəmizdə e-dövlətin formalaşdırılması istiqamətində kompleks tədbirlər "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində davam etdirilir. Əli Abbasov Milli Strategiyada e-dövlətin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırıb.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda həyata keçirilən işlər, e-xidmətlərin təşkili vəziyyəti haqqında danışıb. 

Nazir bildirib ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. Mikayıl Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu istiqamətdə görüləcək işlər haqqında məlumat verib.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri" mövzusunda məruzəsini təqdim etdi. E-elmin meydana gəlməsi və inkişaf mərhələlərindən danışan alim Azərbaycanda e-elmin əsasının ötən əsrin 80-cı illərində qoyulduğunu diqqətə çatdırdı. Rasim Əliquliyev e-elmin şəbəkə infrastrukturunun vəziyyəti və problemlərindən söz açaraq bildirdi ki, bu sahə AMEA-nın bütün institut və təşkilatlarını əhatə edən və əməkdaşları İnternet xidmətləri ilə təmin edən AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır.

Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar