Fontu böyüt:
Azərbaycan prezidenti İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
APA-nın xəbərinə görə, İsmət Gözəlov “Şöhrət” ordeni, Sultanağa Ağayevlə Mikayıl İbrahimov “Tərəqqi”, Tofiq Useyov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.
Ölkə başçısının digər sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində xidmətləri olan Məmmədhüseyn Həsənovla Ulduz Kəngərliyə Prezidentin fərdi təqaüdü verilib.
Prezident həmçinin bir neçə rabitə mütəxəssisinə “əməkdar mühəndis” fəxri adının verilməsi barədə sərəncam imzalayıb.