Fontu böyüt:
YouTube videoservisi istifadəçilər tərəfindən daxil edilən videoçarxlara dair tətbiq etdiyi məhdudiyyəti götürüb.
15 dəqiqədən artıq olan videoçarxların yüklənmə imkanı YouTube qaydalarını bir dəfə də pozmayan istifadəçilərə şamil olunacaq. Gələcəkdə isə məhdudiyyətin bütün istifadəçilər üçün ləğv ediləcəyi nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl uzunmüddətli video materialları servisin tərəfdaşları daxil edə bilirdi. Misal üçün bu tərəfdaşlarından biri olan National Geographic kanalına 45 dəqiqədən artıq videoçarxlar məxsusdur. Qeyd edək ki, 15 dəqiqəlik limitin silinmə imkanı videonun leqallığının yoxlanılması üzrə Content ID sistemində tətbiq edilən təkmilləşdirilmələr hesabına əldə olunub.