Fontu böyüt:
Twitter sosial şəbəkəsi istifadəçinin
yerini müəyyən edən Foursquare şəbəkəsi ilə gücünü birləşdirmək niyyətindədir. Məlumatı
Business Insider dərgisi yayıb.
İndiyəcən Twitter istifadəçinin şəbəkəyə
daxil olarkən olduğu məkanı, onun özünün göstərdiyi yeri təyin edə bilirdi. Foursquare
ilə birlikdə çalışacaq Twitter artıq hər bir tvitin yazıldığı konkret yeri təyin
edə biləcək. Bu sosial şəbəkəyə hər istifadəçi və onun yerləşdiyi məkana uyğun
reklam formalaşdırmağa imkan verəcək.
Twitter və Foursquare sosial şəbəkələri
məlumatı rəsmən təsdiqləməyiblər. /lenta.ru/