21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaradılmasından 35 il keçir.MHM 1974-cü ildə yaranmışdır. Məhz o zaman Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi sahəsində işlərə
başlanmışdır, və MHM-in yaranması da bu məqsədlərə xidmət edirdi.Hazırda Mərkəzin korporativ şəbəkəsində təxminən 1500 işçi yeri (kompüter) var.
MHM-in Azərbaycan ərazisində keyfiyyətli, dayanaqlı və qüsursuz rabitəni təmin etməkdə rolu olduqca böyükdür. Mərkəz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatlarının avtomatlaşdırılmış idarəetmə sistemlərinin etibarlı istismarını təmin edir. Avtomatlaşdırılmış idarəetmə sistemlərin istifadəçiləri əsasən “Aztelekom” İstehsalat Birliyi və respublika ərazisində onun tabeliyində olan bütün struktur bölmələri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və bütün telefon qovşaqları, “Azərpoçt” Dövlət Müəssisəsi və respublika ərazisində fəaliyyət göstərən bütün poçt müəssisələridir.
Həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin başqa struktur bölmələri də avtomatlaşdırılmış idarəetmə sistemindən istifadə edirlər.MHM Azərbaycanda rabitə və İKT sektorunda fəaliyyət göstərən dövlət müəssisələri arasında ilk dəfə olaraq İKT sahəsində ISO 9001: 2000 beynəlxalq keyfiyyət standartının uyğunluq sertifikatına layiq görülmüşdür.