İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır”

02.12.2010 [14:33]

Fontu böyüt:      

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır, burada məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır”. Bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti ölkənin qaz ixracı ilə bağlı siyasətində şaxələndirmə tərəfdarı olduğunu ifadə edib, çünki bununla bağlı dünyada acı təcrübələr var, ona görə də Azərbaycan özünü hansısa ölkədən, qurumdan asılı salmayacaq enerji siyasəti yürüdür:

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır, burada məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır”. Bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti ölkənin qaz ixracı ilə bağlı siyasətində şaxələndirmə tərəfdarı olduğunu ifadə edib, çünki bununla bağlı dünyada acı təcrübələr var, ona görə də Azərbaycan özünü hansısa ölkədən, qurumdan asılı salmayacaq enerji siyasəti yürüdür: “Prezidentin dəfələrlə çıxışlarında ifadə etdiyi bu fikirləri çox ustalıqla redaktə edərək, “Azərbaycan Türkiyənin enerji mərkəzi olmasını istəmir” fikrini ortaya atıblar. Azərbaycanda da, Türkiyədə də hər kəsə məlumdur ki, Azərbaycanın ulu öndəri Heydər Əliyev Bakı-Tiflis-Ceyhan kəmərinin məhz Türkiyədən keçməsi üçün hansı təzyiqlərə məruz qaldı, Azərbaycanın ətrafında beynəlxalq qalmaqallar yaradıldı, Xəzərin statusu məsələsini ortaya atdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təzyiqlərə sinə gərib, kəmərin Türkiyədən keçməsini təmin etdi. Bunu eləyən dövlətin başçısı indi belə bir söz deyərmi? Əlbəttə, prezident heç vaxt belə fikir səsləndirməyib, bu sadəcə, maraqlara uyğun olaraq edilmiş redaktədir”.

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycanla İranı da üz-üzə qoymağa çalışırlar: “Bəziləri İrana təzyiq etmək üçün platsdarm axtarırlar. Amma İranda bizim soydaşlarımız yaşayır, bu ölkə ilə əlaqələrimiz var. Biz hər zaman bəyan etmişik, Azərbaycan dostluqlara, əməkdaşlıqlara platsdarm ola bilər”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın Türkiyə və İran, yaxın qonşuları ilə yaxşı əlaqələri kimlərəsə sərf etmir: “ Bildiyiniz kimi, bu iddialar Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən birmənalı şəkildə təkzib edilib. Bu informasiyaların heç bir əsası yoxdur”.

mənbə: APA


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar