İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Həkim qəbulu elektronlaşdırılır

09.04.2012 [15:25]

Fontu böyüt:      

Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər həkimin qəbuluna elektron yolla yazılacaqlar. "Pasiyent bunun sayəsində qabaqcadan biləcək ki, hansı həkim hansı poliklinikada işləyir və xəstələrini nə vaxt qəbul edir. Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək".
Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər həkimin qəbuluna elektron yolla yazılacaqlar.
Xeberler.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib.
Onun sözlərinə görə, bu il ərzində elektron qeydiyyatın aparılması üçün proqram təminatının hazırlanması və tətbiqi nəzərdə tutulur. Elektron qeydiyyat sistemi bu il ilk olaraq, Bakıda pilot seçilmiş bir neçə poliklinikada tətbiq ediləcək. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək.
Əsəd-zadə bildirib ki, elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək.
"Pasiyent bunun sayəsində qabaqcadan biləcək ki, hansı hakim hansı poliklinikada işləyir və xəstələrini nə vaxt qəbul edir. Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək"., - mərkəz direktoru əlavə edib.
Əsəd-zadə bildirib ki, elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar sadəcə internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyatın nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcəyi gözlənilir.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar