İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“AzEuroTel”də nə baş verir?

01.06.2011 [11:50]

Fontu böyüt:      

“AzEuroTel” BM-in təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilib. RİTN-in mətbuat xidmətindən verilən

“AzEuroTel” BM-in təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilib.

RİTN-in mətbuat xidmətindən verilən məlumata görə, bu “AzEuroTel” BM-in xarici təsisçisi “Lukoyl-Evropa Ltd” şirkətinin ləğv edildiyi və “AzEvroTel” BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınaraq, eyni zamanda nizamnamə fondunda 50 % dövlət payı və 27 min abunəçisi olan bir müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə həyata keçirilib. Bundan başqa, “AzEuroTel” BM-in “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.

Qeyd edək ki, “AzEuroTel” Birgə Müəssisəsi (BM) Azərbaycan Respublikası Rabitə Nazirliyinin və Böyük Britaniyanın “Lukoyl-Europa Ltd” şirkətinin təsisçiliyi və 50%-50% pay nisbəti ilə 1995-ci ildə təsis edilib. Rabitə Nazirliyi “AzEuroTel” BM-in Nizamnamə Fondunda 50% payını 50 min ABŞ dolları həcmində vəsait ödəməklə formalaşdırıb, eyni zamanda BM-in fəaliyyəti üçün bina, kommunikasiya qurguları, yardımçı sahələr ayrılıb.
Hazırda 30 000 nömrə tutumu və 27 000 istifadəçisi olan “AzEuroTel” BM fəaliyyəti müddətində istifadəçilərə bir qayda olaraq müasir və nümunəvi xidmətlər göstərməsinə baxmayaraq, son illərdə BM-in maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər yaranıb, kənar təşkilatlara külli miqdarda borclar formalaşıb, BM-in investorlar üçün cəlbediciliyi azalıb və özəlləşməyə açılmasına baxmayaraq bu proses başa çatmayıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar