Fontu böyüt:
Lüğət, sözlərin mənasını videoroliklərin köməyilə şərh edir. YouTube vasitəsilə qeydiyyatdan keçən hər bir istifadəçi öz şərhini yerləşdirdirə bilər. Britaniyalı teleprodüsser Edvard Beyker və sosial şəbəkənin əsasını qoyan Bebo Maykl Berç onlayn izahlı videolüğəti yaratmışlar. O Wordia adlanır və sözlərin mənasını videoroloklərin köməyilə izah edir. Hər bir istifadəçi lüğətə videoyazı əlavə edə bilər. Servisin yaradıcıları istifadəçilərin sözün bu və ya digər frazasını müxtəlif cür başa düşə biləcəyini də nəzərə almışlar. Bunun üçün Wordia videolüğətində bir mövzuya aid izahlı roliklər yerləşdirmişlər.
Xidmət pulsuzdur. Rolik əlavə etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yerləşdirilmiş roliklərə baxmaq üçün qeydiyyatdan keçmək vacib deyil. Videoroliklər YouTube videohostinqində yerləşdirilmişdir.