Fontu böyüt:
Portal 111-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm Fakturalı, həm də SimSim abunəçiləri Portal 111-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısından onlara uyğun olan xidmətləri seçə biləcəklər.
Məlumat üçün bildirək ki, Portal 111 komandasının köməkliyi ilə SimSim abunəçiləri Simkredit, Günlük Gizlətcell, Rominq xidməti, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım-xidmətlərindən istifadə edə biləcəklər. Eyni zamanda Azercell Fakturalı xətt abunəçiləri də, Günlük Gizlətcell, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən yararlana bilərlər.