Fontu böyüt:
Microsoft korporasiyasının qurucusu Paul Allen 13,5 milyard dollarlıq sərvətinin böyük bir hissəsini ölümündən sonra yardım fondlarına bağışlayacağını açıqlayıb.
“Forbes” jurnalının sıralamasına görə dünyanın ən zəngin insanları sırasında 37-ci yeri tutan Paul Allen, 20 il öncə açdığı yardım fonduna 400 milyon dollar bağışlayıb. Allen bundan sonra da bir neçə fonda 600 milyon dollardan çox pul bağışlayıb.
Qeyd edək ki, 1975-ci ildə Bill Gates ilə birlikdə Microsoft Korporasiyasını quran Paul Allen, 1983-cü ildə şirkətdən ayrılıb.