İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat olmuşdur

29.04.2014 [16:20]

Fontu böyüt:      

“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatları mütəmadi şəkildə davam etdirir.

“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatları mütəmadi şəkildə davam etdirir.

Fonddan AzərTAc-a bildirmişlər ki, aprelin 29-da Lənkəranda keçirilmiş “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat mərasimində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak etmişlər.

Tədbirdə dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyəti xüsusi vurğulanıb və qeyd olunmuşdur ki, bu strategiyaya əsasən informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

DSMF-nin şöbə müdiri Famil Qədimov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanmışdır.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

Bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər. Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər bu vəsaitləri onlayn formada ödəmək imkanına malikdirlər. Keçən il üzrə “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi” elektron xidməti vasitəsilə 324 min 302 sığortaedən tərəfindən 560 min 976 ödəniş həyata keçirilərək, 31 milyon manata yaxın məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Carı ilin birinci rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131 min 653 istifadə sayı müəyyənləşdirilmişdir.

DSMF-nin “Sığortaolunanın onlayn uçota alınması” adlı xidməti sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirməyə imkan verir. Bu xidmət vasitəsilə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirə bilər. Carı ilin yanvar ayından indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən artıq fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmişdir.

Həmçinin bildirilmişdir ki, DSMF tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi”nin köməyilə reallaşdırılır.

Təqdimat mərasimində o da diqqətə çatdırılmışdır ki, 2013-cü ilin iyul ayından Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı həyata keçirilir. Bu xidmət vasitəsilə pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 “Çağrı Mərkəzi” nə zəng vurub dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Həmçinin, istənilən vətəndaş Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir.

Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətlərinə dair təqdimatla çıxış edərək, hər bir xidmət barədə ətraflı məlumat verilmişdir. Daha sonra iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı müzakirələr davam etdirilmişdir. (AzərTAc)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar