İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

2010-cu ildə internet aləmində nə kimi yeniliklər oldu?

02.01.2011 [12:55]

Fontu böyüt:      

2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir. Ona görə mən də ötən ilki kimi (İT və internet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.

2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.

Ona görə mən də ötən ilki kimi (İT və internet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan. Bu il müxtəlif saytlar açıldı. Onlardan yadda qalanları qeyd edim.

Azerdict.com — Online lüğət. İlin əvvəlində açıldı. İl ərzində yeni funksiyalar da əlavə edərək kifayət qədər təkmilləşdi.

Seyahet.im — Mikrososial səyahət platforması. Web 2.0 stilində açılan sayt. Həm digər sosial sistemlərlər inteqrasiyalı formada işləməyi həm də adı ilə nəzəri cəlb elədi. Xüsusən də reklam kampaniyası ilə inteqrasiyalı işləməyi sayəsində xüsusilə bir neçə ay diqqət mərkəzində qaldı.

Qurman.az — qida üzərində qurulmuş portal. Yarı sosial qida platformasını seçmə səbəbim ideyanın maraqlı olmağıdır.

Auto.az — Gələcəyinə ümid etdiyim proyektdir. Digər avtomobil saytlarından fərqli olaraq ad seçimi olaraq daha uğurludur. Lazımsız reklam yerləri azdır. Daha yararlı bölməsi yəqinki xəritə olar — map.auto.az/. İdeyadan daha çox isə texniki tərəfi yaxşıdır.

Sosium.com — Sosial mövzuların yazıldığı qrup blogudur. Maraqlı cəhəti isə bir növ yazarlarını özü də yetişdirir. Blog təlimləri keçirilir, yazı müsabiqələri təşkil edilir və qalibləri mükfatlandırılır.

Shop.az — Yaxın zamanlarda elektron ticarət sahəsində açılmış ciddi təsiri proyektlərdəndir. Disput-un ona dəstək verəcəyini fikirləşəndə bazarda müəyyən yer tutacaqdır.

Poni.az — Qrup endirimləri təqdim edən sayt ilin sonunda açıldı. Xidmət sahələrinə aid müxtəlif qrup endirimləri edilir. 2010-cu ilin dünyada qrup endirimi saytlarının yüksəlişi ilə yadda qaldığını da qeyd edim. Əgər yaxşı işlənilsə Poni də öz yerini tutacaqdır.

Aztwi.com — Twitter API-lərindən istifadə edilərək hazırlanmış saytda Azərbaycandan olan twitter istifadəçilərinin statistikaları yer alır.

İT tədbirlərə gəldikdə isə bu il yazının əvvəlində də yazdığım kimi, çox yadda qalan hadisələr olmadı. Əsas olaraq 5-nin adını çəkə bilərəm.

NETTY-2010 — ənənəvi mükafatın davamı.
SYD — Sosial yeniliklər düşərgəsi.
Bloqosfer 2010 — Bloqçuların birinci forumu
Bakutel 2010 — Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı
Milli Net 2010 — Azərbaycan İnternet Forumunun təşkil etdiyi 2-ci Milli İnternet Mükafatı.

Bu il təkcə tədbirlər və internet saytlarla yadda qalmadı. İnternet sahəsində bir çox yenilik də oldu:

Bu il Facebook-un reklamı Azərbaycan üçün açdı. Artıq istəyən hər kəs kredit kartından istifadə edərək reklam yerləşdirə bilər.

Google Translate-ə Azərbaycan dili əlavə olundu. Düzdü hələki mükəmməl formada işləmir. Ancaq Azərbaycanın nəzərə alınmağı müsbət haldır.

Azercell-in rebrendinqi də bu ilin yadda qalan yeniliyi oldu.

Day.az isə təkcə xəbər verməkdən darıxıb, tərkibinə bir sıra yeni servislər əlavə edərək Mail.ru-nun yolunu tutdu.

Box.az mail servisi isə il ərzində həm mail daxili chat funksiyasını işə saldı, həm də Box.az Chat adı altında messengerini istifadəyə verdi.
İntelsoft isə yeni lüğət sistemi istifadəyə verdi.

3-cü nəsil əlavələrində də maraqlı yeniliklər var idi:
Bakıda Hava – Twitter üçün application. Gündəlik havanı followerlərinə çatdırır.
CevherShare WordPress plugini. Blog platformasından istifadə edənlərin postları paylaşmaq üçün işlərini rahatlaşdıran plugin.
HEXAM WordPress plugini. Blogda müxtəlif testlər tərtib etmək imkanı yaradır.
AppAdmin — Android application. Mobil cihazınızdakı applicationları idarə etməyə kömək edir.

mənbə:  http://weboxu.com/blog/analysis/974.html


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar