Fontu böyüt:
ABŞ-da bir istifadəçinin noutbukun naqilində yüngül dərəcədə qızması şikayətindən sonra ondan çox istifadəçi həmin şikayətlə daxil olmağa başlayıb.
Sony, kabel sistemindəki problem səbəbi ilə 440 min ədəd Vaio modelli noutbuku geri yığır.
Sony, 2007-ci ilin may və 2008-ci il iyul arasında istehsal olunan modellərində kabel sistemindəki bir xətanın həddən artıq isinməyə səbəb olduğunu, bunun da qısaqapanma ehtimalını artırdığını açıqladı.
Xatırladaq ki, Sony 2006-cı ildə müxtəlif markalar üçün istehsal etdiyi 8 milyon qoşulma kabelini eyni səbəblə geri yığmışdı.