Fontu böyüt:
Hindistanın Mumbai limanı antrepolarında meydana gələn qaz sızıntısı az qala bir çox adamın ölümünə səbəb olacaqdı.
Türkiyə mətbuatının yazdığına görə, gömrük əməkdaşları antrepodakı bir konteynerdən sızan qazın nə olduğunu uzun müddət anlaya bilməyiblər. Bir qədər sonra maddənin xlor olduğu müəyyənləşdirilib, ancaq bu dəfə də məsələ həll olunmayıb. Çünki gömrük işçiləri problemi aradan qaldıra bilməyiblər. Onlardan biri dərhal praktik bir həll tapır: "Google-də axtarış etmək".
Həmin adam monitora yazdığı "Xlor sızıntısıyla necə başa çıxılar" sualına axtarış sistemi, YouTube-dən 1996-cı ildə bir Amerika adasında yaşanan bənzər hadisəylə bağlı videonu gətirərək cavab verib. Videonu diqqətlə izləyən gömrük əməkdaşları problemdən çıxış yolunu tapıblar və insanların həyatını xilas ediblər. Hadisədə 120 nəfər xəsarət alıb xəstəxanaya aparılsa da, Googlenin sayəsində ölən olmayıb.