Fontu böyüt:
Azərbaycana səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Ultra Technologies” şirkətinin yeni ofisini ziyarət edən İntel şirkətinin “World Ahead Program” üzrə vitse-prezidenti Con Deyvis (Jhon E.Davies) yeni layihələr və perspektivlərlə bağlı şirkət rəhbərliyi ilə ikitərəfli görüş keçirib.
“İntel” şirkətinin yeni məhsul və
həlləri haqqında məlumat verən Deyvis gələcəkdə Azərbaycanla birgə yeni
perspektiv layihələrin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.
Görüş zamanı “ULTRA” şirkətinin
direktoru Zaur Məmmədzadə 1999-2014 illərdə görülmüş işlərin xülasəsindən ibarət
təqdimatla çıxış edib. Direktor 1999- 2014 illərdə birgə həyata keçirilmiş
uğurlu layihələrdən söz açıb və onların içərisində Cənubi Qafqazda ilk Wifi
zonasının yaradılması, Azərbaycanın bir sıra universitetlərində “University
Campus” proqram günlərinin keçirilməsi, ölkənin bir sıra orta məktəblərində
müasir “İntel” platformalı noutbuklarin verilməsini vurğulayıb. Şirkət rəhbəri “Sigma” , “Sonoma” , “Napa” texnologiyaları
ilə təchiz edilmiş Nexus(R) markalı noutbukların istehsal edildiyini,
2008-2014-cü illərdə orta məktəblərdə
“One On One Education” , “Teach For The Future” kimi yeni İT konsepsiyaların
reallaşdırılıldığını və “İntel” platformalı müasir avadanlıqların tətbiq
edildiyini qonağın diqqətinə çatdırıb.