Fontu böyüt:
Bu gün Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyasının təqdimatı olub. Tədbirdə vergilər nazirinin müavini Sahir Məmmədxanov, nazirliyin digər rəsmiləri, beynəlxalq iqtisadi təşkilatların Azərbaycan nümayəndəliklərinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Vergilər nazirinin müavini S.Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi hər zaman açıq informasiya siyasəti yürüdür. O, qeyd edib ki, nazirliyin rəsmi internet saytının təkmilləşdirilməsi də buna xidmət edir.
“Vergilər Nazirliyinin internet saytı 2002-ci ildən fəaliyyət göstərir və saytımız bir neçə dəfə yüksək mükafatlara laiq görülüb. Saytımızın yeni versiyası daha da təkmilləşdirilib. Məqsədimiz odur ki, vergi qanunvericiliyinə əməl olunması ilə bağlı biliklərin yaxşılaşdırlmasına, vergi orqanları və biznes strukturları arasında qarşılıqlı əlaqənin geniçləndirilməsinə, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunmasına nail olaq”,-deyə S.Məmmədxanov vurğulayıb.
Qeyd edək ki, nazirliyin yenilənmiş rəsmi internet saytına “Birgə yazaq”, “Sahibkarın vergi bələdçisi”, “Mənə lazımdır” kimi rublikalar əlavə edilib, Bu rublikalrda vergi sistemi ilə tanış olmaq və ətraflı məlumatlar əldə etmək mümkündür. SİA