İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Orxan Əhmədov: “Layihənin məqsədi endirim kartlarını smartfonla idarə etməkdir”

25.12.2014 [14:02]

Fontu böyüt:      

Milli İnternet Mükafatı - Milli Net 2014-ün Xidmət (Servis) nominasiyasında 1-ci, Mobil Tətbiqlər nominasiyasında isə 2-ci yerə Xercim.az startap layihəsi layiq görülüb. Xeberler.az saytı layihənin rəhbəri Orxan Əhmədovun müsahibəsini təqdim edir.

Dekabrın 19-da yekunlaşan Milli İnternet Mükafatı - Milli Net 2014-ün  Xidmət (Servis) nominasiyasında 1-ci, Mobil Tətbiqlər nominasiyasında isə 2-ci yerə Xercim.az startap layihəsi layiq görülüb.  Xeberler.az saytı layihənin rəhbəri Orxan Əhmədovun müsahibəsini təqdim edir.

Orxan Əhmədov Orxan Əhmədov 1983-cü il Bakıda anadan olub. 2000-2004 illərdə Qafqaz Universitetinin Bank Menecmenti fakültəsini bakalavr, 2004-2006 illərdə isə QU-nun Biznesin Təşkili və İdarəedilməsini isə magistr dərəcəsində bitirib. Elektron ticarət üzrə 8 illik, sadiqlik sistemləri üzrə isə 4 illik təcrübəsi var. Hazırda Xercim.az-ın komandası ilə birlikdə 4 layihə üzərində çalışır.

- Xercim.az-ın ideyası necə yarandı?

- Xercim.az layihəsinin əsas məqsədi istifadəçidə olan bütün bonus, endirim, hədiyyə kartlarını  bir əldə toplamaq, yalnız smartfonun köməyi ilə onları idarə və istifadə etməkdir. Bundan əvvəl yüzlərlə myerdən alış-veriş edərkən cəmi bir kartla bonus qazanmaq imkanı verən “MultiBon” bonus sisteminin qurucularından biri olmuşam. Sistemi qurarkən ölkədə sadiqlik sistemlərinin populyarlığının elə də yüksək olmadığını anladım; bu, özünü istifadəçinin özündən çox, partnyor müəssisələrdə daha çox büruzə verirdi. Yəni sadiqlik sistemlərinin populyarlaşması üçün hər hansı müəssisə öz sadiqlik sistemini işə salıb işlətməli, daha sonra ümumi sistemlərlə əməkdaşlıq etməlidir. Bir gün fikir verdim cüzdanımda həddindən çox supermarket kartı toplanıb. Bu problemi aradan qaldırmaq üçün kartları bir yerə toplayan, yerlərdəki endirimlər haqqında məlumat verən bir portal hazırlamağa qərar verdim.  Bu ideyanı Sina Belyani bölüşdüm və işə başladıq. Əvvəl portal halında planlaşdırsaq da, sonradan mobil tətbiqi işləməyə başladıq.

 - Mobil tətbiq hazırdırmı layihə hansı mərhələdədir?

- Layihəni 2014-cü ilin mayından proqramlaşdırmağa başladıq. Noyabrın 1-dən Google Play store virtual mağazasına mobil tətbiqetmə kimi əlavə etdik. Reklam və maddi dəstək olmadan tətbiqi artıq 600-ə yaxın istifadəçi yükləyib, onların qiymətləndirməsinə görə tətbiqetməyə 4.5 qiymət verilib və insanlar bunu müsbət qarşılayıblar.

- Tətbiqetməyə hansı kartları əlavə etmək olar?

- Hazırda sistemə 80-ə qədər kart inteqrasiya olunub. Düzdü maqnit kartları əlavə etmək olsa da, onlardan istifadə etmək mümkün deyil. Çünki telefonlar maqnit kartlarını əvəz edə bilməz. İndi daha çox barkodlu kartlardır. Biz maqnit kartları üçün müəyyən ideyalar fikirləşmişik və onları gələcəkdə tətbiq etməyi planlaşdırırıq. Həmçinin, biz istifadəçiyə kartlar haqqında ekstra məlumatlar təklif edirik. Bu istifadəçiyə kartın keçərli olduqları yer haqqında məlumatlanmağa və sistemləri müqayisə etməıyə.

- Hansı şirkətlərlə müqavilələr bağlamısınız?

- Tətbiqdə kartların yerləşməsinə görə heç bir şirkətlə müqavilə bağlamamışıq, çünki bu bizim biznes modelimiz deyil. Ancaq bir neçə təşkilatla görüşlərimiz olub. Biz sadəcə bazarda olan kartları götürüb mobil tətbiqetməyə inteqrasiya edərək istifadəçiyə təqdim edirik. Bu istifadəçinin işinin rahatlığı üçün düşünülmüş tətbiqdir. Biznes modelimizlə bağlı həm supermarket şəbəkələri, həm də şirkətlərlə görüşmüşük və müsbət rəylər almışıq. Bu istiqamətdə danışıqlar gedir.

- Nə qədər xeyir götürməyi düşünürsünüz? Konkret hədəfiniz varmı?

-  Bizim əsas hədəfimiz pul qazanmaqdan çox ortaya xeyirli bir məhsul çıxarmaqdır, yəni bu həm istifadəçinin, həm də patnyorların işinə yarasın. Buna görə istər layihəyə başladıqda, istərsə də hazırda konkret məqsəd qoyduğumuz rəqəm yoxdur. Bir neçə mənbədən gəlir gətirəcək biznes modelimiz var, onları araşdırırıq.

Layihəyə kənardan investisiya cəlb etməmişik, yalnız müəyyən işləri gördükdən sonra investisiya axtara bilərik. Öz biznes modellərimizin hesabına layihəni saxlayıb inkişaf etdirə biləcəyimizə inanırıq.

- Layihə özünün doğrulacağına nə qədər ümidlisiniz və niyə?

- Mobil tətbiqimiz həm istifadəçi, həm də şirkətlərdən müsbət rəylər alır. İndi elə bir zəmanədir ki, insanların hamısında smartfon var. Yaxın 4-5 ildən sonra artıq heç kimdə köhnə telefon qalmayacaq. Həm də kartın çoxluğu insanlarda bu mobil tətbiqə tələbatı yaradacaq. Xaricdə insanlar artıq bank kartları daşımır, ödənişləri belə smartfonlardan edilir. Bizdə də yavaş-yavaş qanunvericilik səviyyəsində o işlər aparılacaq və zamanla çoxlu kart anlayışı yığışdırılacaq.

- Yüksək Texnologiyalar Parkında hansı müddətə qalacaqsınız?

- Yüksək Texnologiyalar Parkı dövlətin dəstəyi ilə qurulmuş bir layihədir və burada fəaliyyət göstərmək üçün konkret müddətlə yoxdur. Bu bir pilot layihədir. Hazırda Pirallahı adasında 50 hektarlıq ərazidə YTP-nin şəhərciyi salınır. Layihələrimizin davamlılığındna asılı olaraq, həmin şəhərciyə köçməyi planlayırıq.

- Layihənin təbliği üçün nə işlər görülür?

- Hazırda yalnız Facebook səhifəmizdə və dostlarımızın xəbər resurslarında minimum PR işi aparırıq. Əsas məqsəd tətbiqi daha geniş istifadəçi kütləsinə açmamışdan, kiçik qrup istifadəçilərin fikir və rəylərini öyrənməkdir. Buna görə də təbliğata hələlik heç bir xərcimiz olmayıb. Çünki əvvəl müəyyən səhv, problemlər çıxır, onları aradan qaldıraq məqsədəuyğundur. Mobil tətbiq özünə stabil işləməyə başladıqdan sonra PR ilə ciddi məşğul olmağı nəzərdə tutmuşuq.

- Komanda haqqında məlumat verin zəhmət olmasa.

- Komandamız mən də daxil olmaqla 6 nəfərdən ibarətdir. Nicat Əsədov bütün texniki iş və problemlərin həllinə nəzarəti həyata keçirir. Mobil tətbiq tərəfi ilə Qafqaz  universitetinin iki tələbəsi Tural Mehdiyev və Ziyəddin Ovçiyev məşğul olurlar. Xərcim.az tətbiqi onların bir proqramçı kimi yetişməyində bir məktəb oldu. Satış və marketinq işlərini isə Sina və Sama Belyanı bacı-qardaşları həyata keçirir.

Jalə Şahinqızı 

Orxan Əhmədov
Xercim.az1
Xercim.az2
Xercim.az
Xercim.az
xercim.az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar