İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bloqosfer 2010-un qeydiyyat müddəti artırıldı

08.09.2010 [00:03]

Fontu böyüt:      

Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırmaq qərarına gəlib. (8 sentyabr saat 22:00-a qədər)Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər.

Daha öncə də məlumat verdiyimiz kimi 10-12 Sentyabr tarixində Xudat şəhəri Nabran qəsəbəsinda bloqçuların və yeni media mütəxəssislərinin I forumu – Bloqosfer 2010 təşkil olunacaq. Forumda iştirak üçün elan olunmuş qeydiyyat müddəti dünən yekunlaşıb.(6 sentyabr) Lakin Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırmaq qərarına gəlib. (8 sentyabr saat 22:00-a qədər)Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər. Regiondan olan iştirakçılar isə uzadılmış qeydiyyat müddətindən istifadə edərək,Forum hesabına Bloqosfer 2010-a qatıla bilərlər.

Bloqosfer 2010-la bağlı yeniliklər bununla bitmir.Belə ki, Foruma dəstək verənlər sırasına Azərbaycanın nüfuzlu banklarından olan Unibank da qatılıb.Daha bir yenilik isə Bloqosfer 2010-un keçiriləcəyi məkanla bağlıdır. Forum Nabranda yerləşən Atlant İstirahət Mərkəzində keçiriləcək.

Forumda yeni media nümayəndələri ilə yanaşı bu sahəyə marağı olan hərkəs (Dövlət, QHT, biznes nümayəndələri və s.) iştirak üçün müraciət edə bilər.Yeni media sahəsində mövcud olan problemlərin və gələcək planların müzəkirə ediləcəyi tədbirdə 100-ə yaxın şəxsin iştirakı planlaşdırılıb.

Forumu təşkil etməkdə əsas məqsəd bu sahədə çalışan və marağında olan hər kəsin birgə müzakirəsinə nail olmaqdır. Ənənəvi forumlardan fərqli olaraq müzakirə olunacaq mövzular öncədən deyil, tədbir zamanı məhz iştirakçılar tərəfindən təyin olunacaq. Bundan əlavə, tədbir zamanı hər bir iştirakçıya öz bloqqerlik fəaliyyəti ilə bağlı təqdimatla çıxış etmək imkanı veriləcək.

Bloqosfer 2010 Azərbaycanda bu xüsusiyyətləri özündə cəmləşdirən ilk forumdur. Burada üslubundan və sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, ümumi, biznes və s) hər bir bloqçu və yeni müdia mütəxəssisi müzakirələrə qoşula və təkliflərini verə bilər.

Forum “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi (İTİM) və Barkamp Azərbaycanın təşkilatçılığı, Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu və ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Daha ətraflı məlumatı Bloqosfer 2010-un rəsmi saytından[email protected] e-mail ünvanından əldə edə bilərsiz.

                                                                      xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar