Fontu böyüt:
Yeni versiyanın Opera 9.6-ya əsasən yüzdə 40 daha sürətli olduğu iddia edilir. Opera bir tərəfdən Microsoft-u IE8 mövzusunda daha çox qıcıqlandırmağa çalışır,digər tərəfdən də brauzerini yeniləşdirir. Opera 10 RC versiyası buna sübutdur.
Opera 10-nun ən çox diqqəti cəlb edən tərəfi Turbo xüsusiyyətinin olmasıdır. Xüsusilə zəif əlaqə genişliyi olan kompüter və mobil cihazlarda saytları izləyənlərə daha da sürətli daxil olmaq imkanını yaradan xüsusiyyətdir. Opera 10-dakı vizual yeniliklərlə birlikdə istifadəçilərə təqdim edilir.
Opera 10 RC-ni Opera-nın rəsmi saytından yükləmək olar.