Fontu böyüt:
Azərbaycan Ədliyyə Nazirliyi kompüter avadanlığı və inventarın alınması üzrə tender elan edib.
Ədliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, tender beş lot üzrə keçirilir. Birinci lot üzrə nazirliyin işçiləri üçün formaların alınması, ikinci lot üzrə ofis və kabinet mebelinin alınması, üçüncü lot üzrə rayon (şəhər) məhkəmələri üçün ofis və kabinet mebelinin alınması, dördüncü lot üzrə nazirliyin strukturları üçün kompüter avadanlığının alınması, beşinci lot üzrə isə rayon (şəhər) məhkəmələri üçün kompüter avadanlığının alınması nəzərdə tutulub.
Tenderdə iştirak haqqı lotlardan asılı olaraq 500-800 manat təşkil edir. Tender sənədləri aprelin 13-dək, tender təklifləri isə aprelin 20-dək Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Tender prosedurası aprelin 21-də keçiriləcək. Tender predmetləri 2009-cu il ərzində təqdim edilməlidir.
Əlavə məlumatı (+994 12) 492-62-35 telefonuna müraciət edərək almaq olar.