İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Kompüterlər su ilə soyudulacaq!

10.11.2009 [16:54]

Fontu böyüt:      

İBM korporasiyası atmosferə zərərli maddələrin tullantısı sıfır dərəcəsində olan data-mərkəz layihəsi üzərində işləyir.

İBM korporasiyası atmosferə zərərli maddələrin tullantısı sıfır dərəcəsində olan data-mərkəz layihəsi üzərində işləyir. Bu barədə IBM nümayəndələri bu günlərdə keçirilən USENIX konfransında bəyan ediblər.

Yeni konsepsiya üzrə işlərin əsas hissəsi şirkətin Sürix şəhərindəki tədqiqat mərkəzində aparılır. Tullantısız data-mərkəzin əsas prinsipi karbon qazının atmosferə birbaşa və ya dolayı atılma səviyyəsinin, eləcə də server və digər obyektlərdən elektrik enerji itkisi dərəcəsinin azaldılmasını təmin edəcək və hazırda tətbiq olunmayan texnologiyanın yaradılmasından ibarətdir. Yeni konsepsiyada sistem qovşaqlarının xüsusi qaydada yerləşdirilməsi və yalnız maye vasitəsilə soyudulma nəzərdə tutulur.

IBM şirkətinin Sürixdəki laboratoriyasının meneceri Bruno Miçelin sözlərinə görə, maye soyudulma sistemli yüksək məhsuldarlı data-mərkəzlər istənilən iqlim şəraitində işləməklə yanaşı hazırda bu cür mərkəzlər üçün zəruri olan mürəkkəb və olduqca çoxlu xərc tələb edən hava soyutma sistemindən istifadə etməməyə imkan yaradır. Bundan əlavə, serverlərin ifraz etdiyi istiliyi də faydalı ehtiyaclara yönəltmək olar, misal üçün həmin istiliyi binaların isidilməsində istifadə etmək mümkündür.

Bu gün dünyada data-mərkəzlərdə getdikcə daha çox enerji istifadə edilir. Yalnız son 4 il ərzində hətta bütün enerjiyə qənaət edən texnologiyalara baxmayaraq data-mərkəzlərdə istifadə olunan elektrik enerjisinin həcmi iki dəfə artıb.

Su ilə soyudulma sahəsində işləmələrinin nümayiş etdirilməsi üçün IBM və Sürix şəhərində yerləşən İsveçrə Texnoloji İnstitutu “Aquasar” superkompüteri üzərində işləyir. Bu superkompüterdə heç bir ventilyator quraşdırılmayıb, soyudulma isə xüsusi mis borular hesabına təmin olunur ki, bu borulardan soyuq su və ya avtomobil mühərriklərini soyudan maye axır. Su ilə soyudulan superkompüterin gücü saniyədə 10 teraflop təşkil edəcək.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar