Fontu böyüt:
Bu gün Türkmənistanın paytaxtı Aşxabad şəhərində Turkmentel-2009 III beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradio yayım avadanlığı sərgisinə start verilib.Telekommunikasiya sənayesinin yenilikləri və bu sahənin inkişaf tendensiyaları nümayiş etdiriləcək sərgidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov iştirak edir.
Tədbirdə telekommunikasiya, informasiya texnologiyaları, telemetriya və ölçü cihazları, simsiz rabitə, peşəkar audio-video avadanlıqları, teleradio yayım avadanlıqları, kabel rabitə məhsulları və elementləri, rabitə sahəsində müxtəlif xidmətlər göstərən operatorlar, nəqliyyat, xüsusi texnika və avadanlıq və logistika bölmələri təqdim olunub.
Qeyd edək ki, sərgi Türkmənistan Rabitə Nazirliyi və Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.