Fontu böyüt:
İctimai network şəbəkəsi Facebook, platformasının sadələşdirilmiş bir versiyası üzərində işləyir. “Facebook Lite” yalnız təməl funksiyalar təqdim edəcək və Twitter axınını xatırladacaq. Xəbəri mashup.com saytı yayıb.
Facebook Lite istifadəçinin son vəziyyətini və digər yoldaşlarının aktuallaşdırmalarını göstərir. Səhifənin sol tərəfində Wall, Info, Friends və Photos & Videos adlı dörd fərqli kateqoriyaya keçiş edilə bilir. Hələlik daha çox xüsusiyyət təqdim edilmir. Hal-hazırda yeni şəbəkə test dövründədir. Facebook bununla Twitter-ə rəqib olduğunu göstərmək istəyir.
Facebook, Lite versiyasında sadə dizayn və əsas funksiyalardan istifadə edib. Bununla da mikro-blog xidməti Twitter-i təkrarlamış olur. Facebook-un bu yeni xidmətinin nə zaman kütləvi istifadəyə təqdim ediləcəyi hələlik bəlli deyil.