21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Təhsil Nazirliyində elektron resursların təqdimat mərasimi keçiriləcək.
Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, dekabrın 15-də baş tutacaq mərasimdə müvafiq dövlət qurumlarının rəsmiləri ilə yanaşı, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak edəcəklər.
Nazirlikdən bildirilib ki, müasir dünyada kompüterlərin əsasında müəssisələrin informasiyalaşdırılması təhsildə elektron resursların istifadəsinə geniş yol açır. Elektron resurslar böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
Bu amilləri nəzərə alaraq, Təhsil Nazirliyi 2014-cü ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib.
Qeyd olunan elektron resursları bir mənbədə cəmləşdirmək üçün “www.e-resurs.edu.az” portalı yaradılıb.
Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, videodərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.