Fontu böyüt:
Dövlət orqanları və KİV arasında informasiya-kommunikasiya strategiyası hazırlanır. Bu haqda məlumatı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlayıb.
O bildirib ki, ATƏT-in dəstəyi ilə hazırlanan strategiya Prezidentin İcra Aparatına təqdim olunub. Strategiyada rəsmi qurumların mətbuat xidmətlərinin KİV-lə iş bacarıqlarının yüksəldilməsi, dövlət orqanları - KİV münasibətlərinin tənzimlənməsi qaydaları göstərilib. Strategiyaya əsasən rəsmi qurumlar mətbuata informasiya verməkdən imtina etsələr, qanunla məsuliyyət daşıyacaqlar.
Ə. Amaşov aprel ayından məmurların mətbuata necə informasiya verməsinin monitorinqini aparacaqlarını da açıqlayıb: “Ümumi suallar hazırlanaraq müxtəlif qəzetlərin jurnalistləri adından ayrı-ayrı dövlət qurumlarına göndəriləcək. Bu suallara verilən cavablar əsasında dövlət qurumlarının mətbuatla necə işlədiyi müəyyənləşdiriləcək”. APA