Fontu böyüt:
Selfie hazırda günümüzün ən çox yayılan trendlərindən biridir.
Bu trendə ayaq uyduran texnologiya şirkətləri yüksək meqapikselli ön kameralarla istehlakçıların ehtiyaclarına cavab verməyə çalışır. Lenovo şirkəti bu mövzuya fərqli bir yanaşma göstərərək maraqlı bir aksesuar təqdim edib.
Lenovo-nın təqdim etdiyi Vibe Xtension Selfie Flash adlı selfie işığı artıq istifadəçilərə qaranlıq mühitlərdə də selfie çəkmək imkanı yaradacaq.
Lenovo-nın istehsalı Jack girişindən taxıldığı üçün iPhone istifadəçilərinin istifadəsi üçün ideal olmayacaq. Çünki iPhone Jack girişi telefonun alt hissəsində yerləşir.
Jalə Şahinqızı